LE 10 000 DF-C aləti təmiz havanın isitmək üçündür. Bu alət əsasən ciddi təmizlik tələbləri olan, təmiz havanın vacib olduğu qapalı məkanlarda istifadə olunur. Tibbi məmulatlar, kosmetika, qida və içki istehaslında istifadəsi üçündür. LE 10,000 DF-C təmiz hava qızdırıcısı Avropa Gigiyenik Mühəndisliyi və Dizayn Qrupu (EHEDG) tərəfindən təyin edilmiş təmiz istehsal üçün ən son standartlar əsasında hazırlanmışdır. Bu alət vasitəsi ilə təmiz havanın qızdırdıqda alətdən çıxan kiçik hissəciklər minimumdur. Alət toksit (zəhərli) olmayan materiallardan hazırlanıb.