Əl alətləri (fenlər, ütülər)                                                           Plastik məhsullarını qaynaq etmək üçün istifadə edilir. Ən çox istifadə məkanları dam örtükləri, sintetik parçalar (tent, banner, vinil və geotekstillər), tikintilərdə, tunellərdə, poliqonlarda, göllərdə və kanallarda izolyasiya üçün istifadə olunan plastik membranlar, istehsalat sahələrində istifadə olunan plastik məhsullar (plastik paketləmə, əritmə və şişirtmə), plastik döşəmə işləri (linoniumlar və d.) və avtomobilin plastik hissələrinin təmirindədir. Leister bu sahələrin hər biri üçün müxtəlif istilik qaynaq əl alətlərini təklif edir.

Dam üçün izolyasiya robotları                                             Damların İzolyasiyası üçün müxtəlif materiallar və sistemlər mövcuddur. Dünyada dekorativ izolyasiya işlərində istifadə olunan materialların əksəriyyəti termoplastik membranlardan (PVC və TPO) və ya dəyişdirilmiş (modifikasiya edilmiş) bitumlardan ibarətdir. Leister, bu materialların hamısını qaynaq etmək üçün düzgün vasitələrə malikdir. 

Tent, banner, vinil üçün robotlar                                                     Bu gün həyatı çadırsız, örtüksüz, çətirsiz, tentsiz və termoplastik sənaye parçalarından hazırlanan əşyasız təsəvvür etmək çətindir. Bu məhsulların bir çoxu Leisterin avadanlığı ilə qaynaq prosesi nəticəsində yeni məhsullar əldə edilir. Uzun illərə dayanan təcrübəyə əsasən Leister daima yenilikçi bir bazar lideri olmağa çalışır. Yüngül və davamlı isti hava əl alətləri, ildırım sürətli avtomatik qaynaq robotları və ya yenilikçi qaynaq maşınları ilə Leister Sizin xüsusi ehtiyaclarınız üçün uyğun avadanlıq tapacağına əmindir.

Tikintilərin, tunellərin, poliqonların, göllərin və kanalların izolyasiyası üçün robotlar və ekstruziya alətləri                  Tikintilərdə, tunellərdə, kimyəvi tullantı poliqonlarında, süni suvarma gölləri və kanallarında izolyasiya ən vacib amillərdəndir. Bu sahələrdə cüzi bir su sızıntısı ağır nəticələrə səbəb ola bilər. Buna görə izolyasiya məhsulu və onun düzgün tətbiq olunması prosesi ciddi tələblərə cavab verməlidir. Bunun üçün məsuliyyət yalnız materialın və tətbiq prosesinin üzərinə deyil, həm də işin aparılması üçün istifadə olunan vasitələrə aiddir.

İstehsalatda istifadə olunan məhsullar                                     Qida və içki istehsalının istehsal prosesində gigiyena mühüm rol oynayır. Leister isti hava vasitələri bu proseslər üçün istifadə edilə bilər.
Qəhvənin qızardılması, meyvələrin qurudulması, plastik şüşələrin şişirdilməsi, və şirniyyat məhsullarının hazırlanması kimi proseslər Leisterin isti hava vasitələrindən faydalana bilər. Dəqiq temperatur nəzarəti sayəsində Leister alətləri, bütün məhsulun optimal qorunmasını və təhlükəsiz proses nəzarətini təmin edir.

Döşəmə işləri üçün robotlar                                                        İctimai yerlərdə, xəstəxanalarda və ya evlərdə: PVC-P, PE və ya linolyum döşəmə örtükləri həm təmiz dekorativ görünüşə malikdir həm də tətbiqi çox asandır. Leister alətləri ilə bu məhsulların birləşim yerlərini qaynaq etmək çox rahatdır. Döşəmə örtüklərində lazım olan qaynaq robotları, əl alətləri və bunun üçün aksessuarlar mövcuddur.

Aksessuarlar                                                                                Leister robotları və əl alətlərinin istifadə sahəsinə və tətbiq olunacaq termoplastik məhsuluna görə aksessuarlar mövcuddur. Bu aksessuarlar vasitəsi ilə Siz bu sahələrə ait istənilən nəticəni tez əldə edəcəksiniz.                                        Hər bir alətin təmiri üçün detalları da mövcuddur.

Test alətləri                                                                      Termoplastik məhsulları bir birinə qaynaq edildikdən sonra mütləq şəkildə test edilməlidir. Bunun üçün Leister hər bir qaynaq prosesinin nəticəsi üçün test alətlərinə malikdir. Siz bu alətlərlə dünya standartlarına malik olan test nəticələrini əldə edəcəksiniz.