Artıq 70 ildir ki, LEISTER inşaat, ticarət və sənaye mühitində termoplastik polimerləri qaynaq edən qurğuların istehsalı və satışı uzrə dünya lideridir.
Plastik qaynaq avadanlıqları aşağıdakı sahələri əhatə edir.
Plastik dam örtüklərinin (izolyasiya məhsulları) qaynaq edilməsi.
Tent, banner və vinil məhsullarının qaynaq edilməsi.
Tikintilərin, tunellərin, poliqonların, göllərin və kanalların izolyasiya materialların qaynaq edilməsi.
Döşəmədə istifadə olunan plastik məhsullarının qaynaq edilməsi.
İstehsalat sahələrində.
Və digər plastik qaynağı işlərində əl alətlərinin istifadə edilməsi.
Leister Technologies AG dünyanın bütün satış filiallarinda Leister və Weldy markalarını satır.
Lazer qaynaq Sistemlərində dünyada liderdir.
1967-ci ildən bəri LEISTER isti hava modulları və üfləyiciləri, eləcə də sənaye prosesində istilik tətbiqləri üçün istifadə olunan isti hava üfleyiciləri üzrə dünya bazarının lideridir.
LEISTER 2018-ci ilin əvvəlində Krelus AG-ni satın aldı və beləliklə öz portfelinə infraqırmızı sistemləri daxil etməklə qaynaq məhsullarını genişləndirdi.